zelimxanyaqub

1,028 Photos and Videos

3 hours ago

👤Bəxtiyar Vahabzadə Mən bu sətirləri yazdığım dəm'də, Ürək dilə gəlib dindi sinəmdə. Şair dəyişməyən cahanda nədir? Oduna əşqinə hər vaxt yandığın, Gücündən dəniztək dalğalandığın, Əbədiyyət deyib, günəş sandığın, De, hansı mənadır, hansı qüvvədir? Söylə dəyişməyən cahanda nədir? Dəyşirilən həyat, dəyişən əldir! Ancaq alışdıqca odu sönməyən, Mərd oğullar kimi üzü dönməyən, Bir məslək əşqidir, birdə əməldir! Birdə ilk nəğməmiz beynəlmələldir. O hər vaxt ötəcək dildə, ağızda şeir  seir  ədəbiyyat  şair  qezel semedvurgun  edebiyyat  poeziya  səmədvurğun hüseynarif  nərimanhəsənzadə  mollapenahvaqif nüsrətkəsəmənli  vaqifsəmədoğlu  məmmədaraz nüsretkesemenli  mollapənahvaqif  vaqif meyxana  roman  elxanelatlı  şəhriyar azerbaijan  qış  fəlsəfə  müşfiq  mikayılmüşfiq zəlimxanyaqub  zelimxanyaqub bextiyarvahabzade

461
12 hours ago

👤Səməd Vurğun ▶şair nə tez qocaldın sən Nemətsə də gözəl şer,  Şair olan qəm də yeyir.  Ömrü keçir bu adətlə,  Uğurlu bir səadətlə.  Görən məni nədir deyir:  Saçlarına düşən bu dən?  Şair, nə tez qocaldın sən! Dünən mənə öz əlində  Gül gətirən bir gəlin də  Gözlərində min bir sual  Heykəl kimi dayandı lal O bəxtəvər gözəlin də  Mən oxudum gözlərindən:  Şair, nə tez qocaldın sən! Ovçuluğa meyil saldım,  Gecə-gündüz çöldə qaldım,  Dağ başından enib düzə  Bir ox kimi süzə-süzə  Neçə ceyran nişan aldım;  Cavab gəldi güllələrdən:  Şair, nə tez qocaldın sən? Bəzən uca, bəzən asta,  Ötür sazım min sim üstə.  Andı yalan, eşqi yalan,  Dostluğu da rüşvət olan,  Ürək yıxan bir iblis də  Üzəvari deyir hərdən:  Şair, nə tez qocaldın sən! Saç ağardı, ancaq ürək  Alovludur əvvəlki tək.  Saç ağardı, ancaq nə qəm!  Əlimdədir hələ qələm Bilirəm ki, deməyəcək  Bir sevgilim, bir də Vətən: - Şair, nə tez qocaldın sən! şeir  seir  ədəbiyyat  şair  qezel semedvurgun  edebiyyat  poeziya  səmədvurğun hüseynarif  nərimanhəsənzadə  mollapenahvaqif nüsrətkəsəmənli  vaqifsəmədoğlu  məmmədaraz nüsretkesemenli  mollapənahvaqif  vaqif meyxana  roman  elxanelatlı  şəhriyar azerbaijan  qış  fəlsəfə  müşfiq  mikayılmüşfiq zəlimxanyaqub  zelimxanyaqub bextiyarvahabzade

1003
20 hours ago

👤Məmməd Araz ▶necə unudum səni Baxiram ev-esik bosdur ele bil, Seninle varim da, yoxum da gedib. Bir ureyim deyil, bir canim deyil, Dincliyim de gedib, yuxum da gedib. Bir anliq dincelim, yuxlayim deye, Birce elacim var- unutmaq seni. Od kimi, su kimi bilmirem niye Her yerde yaradib bu torpaq seni. Seyyar oluramsa, goz isledikce Evveli, sonu yox bir duz olursan. Men seni geceler unutsam- gece, Gunduzler unutsam- gunduz olursan. Daglara cixiram, simsekler sensen, Sacimi dagidan kulekler sensen. Belke de bir simli iki saziq biz, Sen qansan, men urek, ayrilmaziq biz. Qoy bir an ureyim rahat doyunsun, Bu qeder insafsiz olmaz ki adam! Yox, seni bir anliq unutmaq ucun Ozumu bir yolluq unutmaliyam! şeir  seir  ədəbiyyat  şair  qezel semedvurgun  edebiyyat  poeziya  səmədvurğun hüseynarif  nərimanhəsənzadə  mollapenahvaqif nüsrətkəsəmənli  vaqifsəmədoğlu  məmmədaraz nüsretkesemenli  mollapənahvaqif  vaqif meyxana  roman  elxanelatlı  şəhriyar azerbaijan  qış  fəlsəfə  müşfiq  mikayılmüşfiq zəlimxanyaqub  zelimxanyaqub bextiyarvahabzade

834
23 hours ago

👤Zəlimxan Yaqub ▶Zarafat gəlməsin sənə bu dünya Zarafat eyləmə, qurbanın olum, Bu dünya zarafat meydanı deyil. Qarışqa yerişi rahat yerişdi, Bu meydan köhlən at meydanı deyil. Oynadıb çox şeyi umar, oynama, Etsə də ruhunu xumar, oynama, Sən bu qumarbazla qumar oynama, Zarafat gəlməsin sənə bu dünya. Çox yerdə qəbrini qazan olacaq, Başın qaynamaqdan qazan olacaq, Sanma yaşamağın asan olacaq, Zarafat gəlməsin sənə bu dünya. Yoxsulluq yoxsulun bağrına oxdu, Mədəsi toxların məzəsi toxdu. Fil var, qarışqaca hörməti yoxdu, Zarafat gəlməsin sənə bu dünya. Çox yerdə məkrli oyun olacaq, Şir, pələng çevrilib qoyun olacaq, Hələ neçə dəfə toyun olacaq, Zarafat gəlməsin sənə bu dünya. Ömrünü qar yeyib, qış aparacaq, Xırmandan dənini quş aparacaq, Dünyadan əlini boş aparacaq, Zarafat gəlməsin sənə bu dünya. Qeybətin quyusu, hiylənin toru, Sənə diri-diri göstərər goru. Başın var, başsızdan başını qoru, Zarafat gəlməsin sənə bu dünya. Şeytan dura-dura şərlənər dəvə, Qatır quyruğunda hərlənər dəvə. Kinindən yıxılar, tirlənər dəvə, Zarafat gəlməsin sənə bu dünya. Muğamı ağlamaq, valı ağlamaq, Valın da qırılmış halı ağlamaq. Fışqırıq çalmağın dalı ağlamaq, Zarafat gəlməsin sənə bu dünya. Yasın yeddisi var, üçü, qırxı var, Qəbir yerinin də haqqı, nırxı var, Ölümdən sonra da min cür qorxu var, Zarafat gəlməsin sənə bu dünya. Ürəyə çəkilən dağdı, düyündü, Hər gün xırdalanan ömürdü, gündü, Gör bu dəyirmanda kimlər üyündü, Zarafat gəlməsin sənə bu dünya. Zəlimxan, günahın yeddi qat olar, Həyatın qan dolu bir həyat olar. Zarafat eyləsən, şahın mat olar, Zarafat gəlməsin sənə bu dünya! şeir  seir  ədəbiyyat  şair  qezel semedvurgun  edebiyyat  poeziya  səmədvurğun hüseynarif  nərimanhəsənzadə  mollapenahvaqif nüsrətkəsəmənli  vaqifsəmədoğlu  məmmədaraz nüsretkesemenli  mollapənahvaqif  vaqif meyxana  roman  elxanelatlı  şəhriyar azerbaijan  qış  fəlsəfə  müşfiq  mikayılmüşfiq zəlimxanyaqub  zelimxanyaqub bextiyarvahabzade

791
1 day ago

👤Bəxtiyar Vahabzadə ▶böl görüm 🎵Emin Sabitoğlu-ölsəm bağışla Bəxtim, mənə yar ol', deyib çağlaram, Yar olmasa de bəxtiyar ol görüm. Gələcəyə ümidimi bağlaram, Bir an sonra nə olacaq, bil, görüm. Yaz ayları çağıldayan selmisən? Bu dünyanı oyuncaqmı bilmisən? Həyat səni güldürəndə gülmüsən, Hünərin var, ağladanda gül görüm. Dünyamızı yasa, toya bölmüşük, Sevdamızı oda, suya bölmüşük, Ömrümüzü günə, aya bölmüşük, Min arzuya, min diləyə böl görüm. şeir  seir  ədəbiyyat  şair  qezel semedvurgun  edebiyyat  poeziya  səmədvurğun hüseynarif  nərimanhəsənzadə  mollapenahvaqif nüsrətkəsəmənli  vaqifsəmədoğlu  məmmədaraz nüsretkesemenli  mollapənahvaqif  vaqif meyxana  roman  elxanelatlı  şəhriyar azerbaijan  qış  fəlsəfə  müşfiq  mikayılmüşfiq zəlimxanyaqub  zelimxanyaqub bextiyarvahabzade

532
1 day ago

👤Zəlimxan Yaqub ▶şahdan gəlib şaha gedən yoldayam Dan yerindən əsən mehə bələndim, Mehdən gəlib mehə gedən yoldayam. Duru gəlib duru qalmaq eşqinə Şehdən gəlib şehə gedən yoldayam. Bu dünyanın əvvəli qəm, sonu qəm, Libası qəm, paltarı qəm, donu qəm, Günlərimin beşi sevinc, onu qəm. Ahdan gəlib aha gedən yoldayam. Uçurum mənim,Yağış mənim, boran mənim, qar mənim, Uçurum mənim, keçid mənim, dar mənim, Ucuz yerdə nə ölümüm var mənim? - Baha gəlib baha gedən yoldayam. Lalə mənəm, Kərəm mənəm, kül mənəm, Kül içindən baş qaldıran gül mənəm, Sevgi adlı şah evində qul mənəm, Şahdan gəlib şaha gedən yoldayam. şeir  seir  ədəbiyyat  şair  qezel semedvurgun  edebiyyat  poeziya  səmədvurğun hüseynarif  nərimanhəsənzadə  mollapenahvaqif nüsrətkəsəmənli  vaqifsəmədoğlu  məmmədaraz nüsretkesemenli  mollapənahvaqif  vaqif meyxana  roman  elxanelatlı  şəhriyar azerbaijan  qış  fəlsəfə  müşfiq  mikayılmüşfiq zəlimxanyaqub  zelimxanyaqub bextiyarvahabzade

1745
1 day ago

👤Bəxtiyar Vahabzadə ▶böl görüm 'Bəxtim, mənə yar ol', deyib çağlaram, Yar olmasa de bəxtiyar ol görüm. Gələcəyə ümidimi bağlaram, Bir an sonra nə olacaq, bil, görüm. Yaz ayları çağıldayan selmisən? Bu dünyanı oyuncaqmı bilmisən? Həyat səni güldürəndə gülmüsən, Hünərin var, ağladanda gül görüm. Dünyamızı yasa, toya bölmüşük, Sevdamızı oda, suya bölmüşük, Ömrümüzü günə, aya bölmüşük, Min arzuya, min diləyə böl görüm. şeir  seir  ədəbiyyat  şair  qezel semedvurgun  edebiyyat  poeziya  səmədvurğun hüseynarif  nərimanhəsənzadə  mollapenahvaqif nüsrətkəsəmənli  vaqifsəmədoğlu  məmmədaraz nüsretkesemenli  mollapənahvaqif  vaqif meyxana  roman  elxanelatlı  şəhriyar azerbaijan  qış  fəlsəfə  müşfiq  mikayılmüşfiq zəlimxanyaqub  zelimxanyaqub bextiyarvahabzade

692
1 day ago

👤Bəxtiyar Vahabzadə ▶təklik Xəyal gah dağdadır gah da aranda Gah göyə yüksəlir, gah enir insan. Otaqda 1 saat tək oturanda, 100 ilin dərdiylə yüklənir insan. Elə bil divarlar gəlir üstünə Qulağın səslənir, qəlbin döyünür. Alışıb yanırsan sən öz tüstünə, Nidalar gözündə suala dönür. İnsanı tez yorar düşüncələr də, Verib nəfəsini dərd udar insan. Özündən başqası olmayan yerdə, İnsan olduğunu unudar insan… Bir günəş bəs edər, pərişan olma, Sənin yüz Kür qədər göz yaşın olsa. Min dərd hücum etsə, könül, sıxılma, Bir nəfər dərd bilən sirdaşın olsa. Dünyaya gəlmədik biz əbəs yerə, İnsanıq insan da bizə gərəkdir. Bağatək qınına çəkilənlərə Ürək nə gərəkdir, dil nə gərəkdir. Çay çaya qovuşmaz sular daşmasa, Ulduzun ulduzla ünsiyyəti var. Göydə buludlar da qoşalaşmasa Nə ildırım çaxar nə yağış yağar. Yol tapa bilərmi saz ürəklərə, Mizrab asta-asta telə dəyməsə? Çıxarmı qönçədən tək bircə kərə, Bülbülün nəfəsi gülə dəyməsə? Öz el-obasını tərk etdiyindən Tək-tənha dolanır bayquş bu gün də. Kolların dibində tək bitdiyindən, Boynu bükük olur bənövşənin də. Od vurmasa qabda su daşa bilməz, Quş da tək qanadla dağ aşa bilməz. Kösöyün ikisi çöldə də yanar, Biri ocaqda da alışa bilməz. Qəlbimdə min sözüm, min söhbətim var, Mən deyim, siz deyin, dil yorulmasın. Yığılın, yığılın başıma dostlar, Mənim bir günüm də sizsiz olmasın. Dostların qəlbidir yurdum, məskənim, Ürəkdə bir nisgil gərək olmasın. Sağlığım bir yana, a dostlar, mənim; Soyuq məzarım da heç tək olmasın   zelimxanyaqub seir  edebiyat  poema  poeziya  vaqifsemedoglu fuadpoladov  nerimanhesenzade  dostoyevski bukowski  siirsokaktaşeir  seir  ədəbiyyat  şair qəzəl  qoşma  semedvurgun  edebiyyat  poeziya səmədvurğun  hüseynarif  bəxtiyarvahabzadə nərimanhəsənzadə  zəlimxan  zəlimxanyaqub mollapenahvaqif  nüsrətkəsəmənli vaqifsəmədoğlu  məmmədaraz  nüsretkesemenli mollapənahvaqif

890
2 days ago

👤Bəxtiyar Vahabzadə ▶ qorxuram İki yolun ayrıcında dayanıb, Gah o yandan, gah bu yandan qorxuram. Divdən deyil, milçək qədər gücüylə Mən özünü div sayandan qorxuram. Haqq evində haqq divanı qurulmuş, Hər qazancın öz bahası sorulmuş. Təmənnasız boynumuza yük olmuş Bağışlanan şərəf-şandan qorxuram. Bu dünyadan umacağım mizandır, Qorxduğum kəs bu mizanı pozandır. Tox gədanın qudurması yamandır Acandan yox, mən doyandan qorxuram. Uyuruqsa nəfs adlanan elçiyə, Tüpürürük vicdan kəsən ölçüyə. Odur verən düz qiyməti hər şeyə Vicdanından qorxmayandan qorxuram. şeir  seir  ədəbiyyat  şair  qezel semedvurgun  edebiyyat  poeziya  səmədvurğun hüseynarif  nərimanhəsənzadə  mollapenahvaqif nüsrətkəsəmənli  vaqifsəmədoğlu  məmmədaraz nüsretkesemenli  mollapənahvaqif  vaqif meyxana  roman  elxanelatlı  şəhriyar azerbaijan  qış  fəlsəfə  müşfiq  mikayılmüşfiq zəlimxanyaqub  zelimxanyaqub bextiyarvahabzade

946
2 days ago

👤Mirzə Ələkbər Sabir ▶ ax necə kef çəkməli əyyam idi Ax necə kef çəkməli əyyam idi, Onda ki, övladi-vətən xam idi! Öz həqi-məşruni bilməzdi el, Çöhreyi-hürriyətə gülməzdi el, Gözlərini bir kərə silməzdi el, Qəztəyə, jurnalə əyilməzdi el,  Daim eşitdikləri övham idi,  Ax necə kef çəkməli əyyam idi! Ölkədə bunca yox idi eybcu, Neyləridiksə görünürdü niku, Xəlqdə didarımızə arizu, Bizdə var idi nə gözəl abiru,  Hörmətimiz vacibi-islam idi,  Ax necə kef çəkməli əyyam idi! Millətə çatdıqca qəm, əyyaş idik, Hakimə yar, amirə qardaş idik, Qibleyi-taətgəhi-ovbaş idik, Harda aş olsaydı, ora baş idik,  Hər gecə, hər gün bizə bayram idi,  Ax necə kef çəkməli əyyam idi! Gərçi riya idi bütün karımız, Kar ilə bərək idi kirdarımız, Leyk həman var idi miqdarımız, Höccət idi hər kəsə gövtarımız,  Xəlqin işi bizlərə ikram idi,  Ax necə kef çəkməli əyyam idi! Eybimizi çulğalamışdı əba, Hər nə gəlirdi boşalırdı qaba, Kim nə qanırdı, - nədi zöhdü riya? Naxoşa xaki-dərimizdən şəfa,  Söməəmiz kəbeyi-ehram idi,  Ax necə kef çəkməli əyyam idi! Bizlər idik xəlqin inandıqları, Piri-hidayət deyə qandıqları, Nur görürlərdi qarandıqları, Bizdə idi cümlə qazandıqları,  Kim bize pul vermese bednam idi,  Ax necə kef çəkməli əyyam idi! Indi adamlar deyəsən cindilər, Cin nədi, şeytan kimi bidindilər, Lap bizi ovsarladılar, mindilər, Ay keçən əyyam, olasan indilər Onda ki, övladi-vətən xam idi!  Ax necə kef çəkməli əyyam idi! şeir  seir  ədəbiyyat  şair  qezel semedvurgun  edebiyyat  poeziya  səmədvurğun hüseynarif  nərimanhəsənzadə  mollapenahvaqif nüsrətkəsəmənli  vaqifsəmədoğlu  məmmədaraz nüsretkesemenli  mollapənahvaqif  vaqif meyxana  roman  elxanelatlı  şəhriyar azerbaijan  qış  fəlsəfə  müşfiq  mikayılmüşfiq zəlimxanyaqub  zelimxanyaqub bextiyarvahabzade

602
3 days ago

506
3 days ago

👤Mirzə Ələkbər Sabir ▶ dəyişib dövri zaman Dəyişib dövrü-zaman hamı gümandan danışır. Molla rüşvətxanadan, kafir imandan danışır. Bir zaman eşşəyimiz arpa bəyənməzdi bizim, İndi eşşəyimiz ölüb,at da samandan danışır. Qalmayıb sevgi məhəbbət işığından bir ümid, Məcnun artistlik edir, Leyli yalandan danışır. Keçmişdə məşhur olan "qəhrəman aslanlarimiz" Meşəyə girmək üçün indi siçannan danışır. İstədim dillənib öz haqqımı isbat eləyim, Dedilər: pulsuz olan insan haçannan danışır?! şeir  seir  ədəbiyyat  şair  qezel semedvurgun  edebiyyat  poeziya  səmədvurğun hüseynarif  nərimanhəsənzadə  mollapenahvaqif nüsrətkəsəmənli  vaqifsəmədoğlu  məmmədaraz nüsretkesemenli  mollapənahvaqif  vaqif meyxana  roman  elxanelatlı  şəhriyar azerbaijan  qış  fəlsəfə  müşfiq  mikayılmüşfiq zəlimxanyaqub  zelimxanyaqub bextiyarvahabzade

494
3 days ago

👤Mirzə Ələkbər Sabir ▶oxutmuram əl çəkin(2) Satmaram öz əqlimi siz kimi laməzhəbə, Razıyam oğlum gedə qəbrə, - nə ki məktəbə! Məktəb adın çəkməyin, - mələbədir, mələbə Əlhəzər, ondan həzər, oxutmuram əl çəkin!  Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! Bəsdir o bildikləri, kaş onu da bilməsə! Canıma olsun fəda bir də üzü gülməsə! Ta ki, o zehnindəki fikrləri silməsə,  Sanma ola bəxtəvər, oxutmuram, əl çəkin!  Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! Fikrimi verməm əbəs siz kimi nadanlara, Sövq edəsiz oğlumu bir para hədyanlara, Çünki xəyanətçisiz cümlə müsəlmanlara,  Mənzilınizdir səqər, oxutmuram, əl çəkin!  Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!  Dinə zərərdir, zərər, oxutmuram, əl çəkin! şeir  seir  ədəbiyyat  şair  qezel semedvurgun  edebiyyat  poeziya  səmədvurğun hüseynarif  nərimanhəsənzadə  mollapenahvaqif nüsrətkəsəmənli  vaqifsəmədoğlu  məmmədaraz nüsretkesemenli  mollapənahvaqif  vaqif meyxana  roman  elxanelatlı  şəhriyar azerbaijan  qış  fəlsəfə  müşfiq  mikayılmüşfiq zəlimxanyaqub  zelimxanyaqub bextiyarvahabzade

923
3 days ago

👤Mirzə Ələkbər Sabir ▶oxutmuram əl çəkin Gərçi bu bədbəxt özü elmə həvəskardır, Kəsbi-kamal etməyə səyi dəxi vardır, Məncə bu işlər bütün şiveyi-küffardır,  Dinə zərərdir, zərər, oxutmuram, əl çəkin!  Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! Bəs ki, uşaqdır hələ, yaxşı-yaman sanmayır, Elmin əbəs olduğun anlamayır, qanmayır, Sair uşaq kimi hər sözə aldanmayır,  Eyləyir ömrün hədər, oxutmuram əl çəkin!  Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! Eyləmərəm rəhm onun gözdən axan yaşına, Baxsın özündən böyük öz qoçu qardaşına, Ölsə də verməm rıza şapqa qoya başına,  Kafir ola bir nəfər, oxutmuram əl çəkin!  Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! Uşaq mənimdir, baba, dəxli nədir sizlərə? Kim sizi qəyyum edib hökm edəsiz bizlərə? Yatmaram əsla belə dinə dəyər sözlərə!  Bir kərə qan, müxtəsər, oxutmuram, əl çəkin!  Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! Qoysanız öz oğlumu mən salım öz halimə, Sənətimi öyrədib, uydurum əhvalimə, Dün bu oxutmaq sözün ərz elədim alimə,  Söylədi : ”haza kəfər…”, oxutmuram əl çəkin!  Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! Bəsdi, cəhənnəm olun, bunca ki, aldatmısız, İndi beş ildir tamam dinimə əl qatmısız, Sevgili övladımı kafirə oxşatmısız,  Duydum işin sərbəsər, oxutmuram əl çəkin!  Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! ARDI 2-ci hissəsində ▶ şeir  seir  ədəbiyyat  şair  qezel semedvurgun  edebiyyat  poeziya  səmədvurğun hüseynarif  nərimanhəsənzadə  mollapenahvaqif nüsrətkəsəmənli  vaqifsəmədoğlu  məmmədaraz nüsretkesemenli  mollapənahvaqif  vaqif meyxana  roman  elxanelatlı  şəhriyar azerbaijan  qış  fəlsəfə  müşfiq  mikayılmüşfiq zəlimxanyaqub  zelimxanyaqub bextiyarvahabzade

1089
6 days ago

Mən səni unuda bilmirəm axı,  Unutsam, nələri unudam gərək  Göylərə baxmışıq aylı gecədə,  Unutsam, göyləri unudam gərək! Dənizi unudum, ya dalğaları? Xatirən yadımdan çıxaydı barı.  Payızda xəzanı, qışda ağ qarı,  Baharda gülləri unudam gərək! De, necə unudum mən səni, necə? Sevgi durna deyil payızda köçə.  Yuxuma gəlirsən mənim hər gecə  Ayları, illəri unudam gərək! Sənin xəyalındır həsrətlə baxan,  Adındır hər zaman qarşıma çıxan.  Qarışıb şəklinə gözümdən axan  Leysanı, selləri unudam gərək! Sinəmdə peşiman ürəyim qaldı,  Uçdun, əllərimdə lələyin qaldı.  Nələri itirdim, bax, nəyim qaldı,  Nələri, nələri unudam gərək! A A🌼 A🍃 A🌙 axşamınızxeyirseniseviremunutamadım nefesaliyorum deyerlimm💞🌸💞🌸💞🌸💞🌸💞🌸💞🌸💞🌸💞🌸💞🌸💞🌸💞🌸heyatımm💞🌸💞🌸💞🌸💞🌸💞🌸💞🌸💞🌸💞🌸💞🌸💞dünyamm🌸💞🌸💞🌸💞🌸💞🌸💞🌸💞🌸💞🌸💞🌸💞bidenemmmm😘😘🍷😘🍷😘🍷🌹🍷🌹🍷🌹🍷😘🍷🌹🍷😘🍷🌹🍷😘🍷🌹🍷😘🌹🍷😘🍷🌹🍷😘🍷🌹🍷🌹🍷🌹🍷🌹🌹🍷🌹🍷🌹🍷🌹🍷🌹🍷🌹🍷🌹🍷🌹🍷 deyerli̇leri̇m💜😍💜😍💜😍💜😍💜😍💜😍💜😍💜😍💜😍💜😍💜😍💜😍💜😍💜😍💜😍💜😍😍😍😚😚😚😚😚🌹🌹🌹🌸🌸🌸🌷🌷🌷🌷🌸🌸🌹🌹🌹🌹🍒🍒🍓🍓🍒🍓🍓🍒🍓🌷🌷🌸🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌻🌻🌼🌼🌼🌻🌺🌺🍃🍃🍃🍂🍂🍂🍁🍁🍀🍀🍁🍂🍂🍃🌺🌺🌻🌼 - Nusrət Kəsəmənli nusretkesemenli edebiyat siirsokakta seir bextiyarvahabzade zelimxanyaqub kőnűlyarasi

521
1 week ago

Siz olsanız neyniyərdiniz. zelimxanyaqub azqram bakuxeber xezer .💓 səʜɪғəᴍɪᴢɪ ᴛᴀᴋɪᴘ ᴇᴅɪɴ 💓 😍 Bəyənməyi unutmayin 😍 ‌ ‌🔹 ‌🔸 ‌ azerbaycan  autogramtags  bozbashpictures sekiller   bakugram   vineazerbaijan   azerbaijangp  agdash   aztagrambaku  azerbayjan   bakuaz   qizlar  azerbaijani   aztagrampeople  baku sumqayit   sumgait   berde   aztagramazerbaijan   samaxi   aztagtam   baku   instaaz   azerbaijan

1208
1 week ago

🍃Bu şeir ilk səsləndirdiyim şeirdi😊 🌸Müsbət qarşılansa ardı gələcək İnşəAllah. P.s🍃Səhvlərim də var və bir azda təcrübə azdır) 🍃Xoş dinləmələr🎧 🌸İzləyicimiz Elvira xanımın şeiri: Artiq 3 ildir ki yoxsan yanımda Ayrılıq çətindir yandırır qəlbi Qələmim ağlayır səndən yazanda Danışan kəlmələr axtarır səni Bugecə yenədə düşdün yadıma Mən bu misralara yazıram səni Yalvarıram Allah çatsın dadıma Bitirə bilmədim qəlbimdə səni Məsafələr əngəl deyil sevgiyə Xəyalim düşünür hər dəqiqə səni Səbəbin bilmirəm nə üçün? niyə? Axı mən neylədim unutdun məni Darıxan könlümü əzib keçəcəm Səndə hər gün mən tək kədərə bürün Mən sənsiz həyata davam edəcəm Səni unutmağa söz verdim bu gün Mənimtək yox idi səni çox sevən Yolunda xəyanət izini gördüm Oxuduqca köhnə mesajları mən Bəzi sətirləri ağrıyan gördüm Könlümü isidən adam deyilsən Bu yükü qəlbində daşıyan bilər Sən mən artıq lazım deyilsen Sevgi bir oyundu yaşayan bilər🍃🍃🍃 💬(Tam versiası youtube səhifəmizdə paylaşılacaq)

21438